29.04.2019 09:58
568


Türkiyə Superliqasında mübarizə aparan Alanyaspor komandasının üzvü Cozef Sural həyatını itirib.
Cempion.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən gün superliqanın bir digər komandası Kayserisporun qonağı olan Alanyasporun futbolçularından bir neçəsi, həmçinin Cozef Sural Alanyaya VİP avtomobillə qayıtmaq qərarına gəlib. Avtomobil yolda qəzaya uğrayıb və bütün futbolçular xəstəxanaya yerləşdirilib. Vəziyyəti komanda yoldaşlarına nisbətən daha ağır olan Cozef Sural isə bu səhər həyatını itirib. 28 yaşlı Çexiyalı futbolçu, 11 il idi ki, peşəkar futbolla məşğul olurdu.