çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan millisi Avropa çempionu olub

16.07.2016 14:09 Oxundu 2087

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C divizionunun qalibi olub. San-Marinoda keçirilən yarışın final matçında yığmamız Andorraya qalib gəlib. Son çempionla qrupda da üz-üzə gələn Tahir Baxşıyevin yetirmələri ilk matçda aldığı 59:69 hesablı məğlubiyyətin əvəzini finalda çıxmağa müvəffəq olub. Belə ki, ilk üç hissədə rəqibindən güclü olan millimiz 74:57 (12:11, 20:13, 19:8, 23:25) hesabı ilə qalib gəlib. Bu qələbədə ən çox pay sahibi olanlar Ömər Əhmədzadə 25, Endar Poladxanlı 24 xal toplayıb. Onlar və komanda yoldaşlarının səyi nəticəsində C divizionunda Avropa çempionu olan millimiz turnirdə keçirdiyi 5 oyunda ardıcıl 4-cü qələbə ilə bu uğura imza atıb. Qeyd edək ki, qrupda Andorra (59:69), Cəbəllütariq (89:54), Monako (79:61) ilə qarşılaşan komandamız yarımfinalda Kosovodan güclü olub – 77:66.