17.07.2016 19:58
726
726
”Roma”nın canlı əfsanəsi Françesko Totti yeni mövsümdə skudettonu başı üzərinə qaldırmaq istəyir. gooal.az xəbər verir ki, 39 yaşlı futbolçu bu halda karyerasını başa vuracağını bildirib.
”Futbolda keçirdiyim 25 il həm gözəl, həm də acı xatirələrlə əlamətdar oldu. Amma “Roma”nın rənglərini yüksəkdə saxlamaq üçün həmişə əlimdən gələni etdim. Bəzən alındı, bəzən yox. Ümumilikdə etdiklərimdən razıyam. Skudettonu qazanmaq çətin olacaq. Çünki A Seriyasında güclü komandalar çıxış edir. Lakin çempion olsaq, karyeramı dəqiq başa vuracam”, - Totti qeyd edib.