18.07.2016 10:07
1319
1319
Çin superliqasında "Şanxay SİPG" ilə görüşdə ayağı sınan "Şanxay Şenxua"nın hücumçusu Demba Banın zədəsi ciddidir. Məlumata görə, o, 8 ay komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu komandanın heyətində 20 oyun keçirib və 15 qol vurub.
Məlumat üçün bildirək ki, onun bu səbəbdən karyerasını başa vura biləcəyi də söylənilir. "Şanxay Şenxua"nın baş məşqçisi Qreqorio Mansano da zədənin ciddi olduğunu söyləyib: "Bu epizod onun futbolçu karyerasına son qoya bilər".