1349
Futbol üzrə Rusiya futbol yığması buraxılıb. Bu barədə Rusiyanın İdman naziri Vitali Mutko futbol yığmasının buraxılması ilə bağlı yaradılan petisiya haqqında məlumat verərkən deyib. “Yığma yoxdur, o, buraxılıb”, - Mutko deyib.
Qeyd edək ki, Avro-2016-da göstərdiyi uğursuz çıxışa görə Rusiya yığmasının buraxılması ilə bağlı yaradılan petisiyada 900 min səs yığılmışdı.
Məlumat üçün bildirək ki, Rusiya millisi Fransada keçirilən Avropa çempionatında düşdüyü qrupun sonuncusu olub. Uelsə (0:3) biabırçı məğlubiyyətdən sonra (İngiltərə ilə ilk oyuna çıxan ruslar 1:1 hesabı ilə oynasa da, Slovakiya ilə matçda 2:1 hesabı ilə uduzub) komandanın baş məşqçisi Leonid Sluskiy istefa verib. 45 yaşlı mütəxəssis 2015-ci ilin avqust ayından milliyə rəhbərlik edirdi.
Son məlumata görə, Kurban Berdiyev, Aleksandr Borodyuk, Stanislav Çerçesov komandanın baş məşqçiliyinə namizəddirlər.
45 yaşlı mütəxəssis 2015-ci ilin avqust ayından milliyə rəhbərlik edirdi. Sluckiynin məşqçilik etdiyi futbol yığmasının “Avro-2016”nın iştirakı elə də ürəkaçan alınmayıb.
İngiltərə ilə ilk oyuna çıxan ruslar 1:1 hesabı ilə oynasa da, Slovakiya ilə matçda 2:1 hesabı ilə uduzub.