çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Ronaldo dünyanın ən bahalı avtomobilini alıb – FOTOLAR

30.04.2019 16:10 Oxundu 629

“Yuventus”un ulduzu Kriştiano Ronaldo avtomobil kolleksiyasına yeni “Bugatti” əlavə edəcək.

Cempion.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, portuqaliyalı hücumçunun alacağı “La Voiture Noire” adlı avtomobilin qiyməti 11 milyon avrodur. Bu isə dünyanın ən bahalı maşını sayılır.

Mart ayında Cenevrədə təqdimatı keçirilən və mühərriki 1500 at gücündə olan avtomobil saatda 420 km sürətə malikdir.  Cəmi bir ədəd istehsal olunan avtomobildən təkcə Ronaldoda olacaq. Ancaq hələlik şirkət bu avtomobilin 34 yaşlı oyunçunun almasını təsdiqləməyib.

Avtomobil 2021-ci ildə tam hazır olacaq, çünki hələ ki, istehsal prosesi davam etməkdədir.