30.04.2019 17:03
522


İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Kuboku, ½ final
“Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sumqayıt” – “Zirə” matçı başa çatdıqdan sonra "Sumqayıt" klubunun mühafizəçisi Elnur İbişov meydana daxil olduğuna görə kluba ciddi xəbardarlıq olunub.
Topaz Premyer Liqası, XXVI tur
“Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Keşlə” klubunun futbolçusu Edvinas Girdvainis stadionun koridorunun pəncərəsini əli ilə sındırıb. Stadiona dəymiş ziyan “Sabah” klubunun təqdim edəcəyi hesabat əsasında “Keşlə” klubu tərəfindən ödəniləcək.
“Zirə” – “Qarabağ” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Qəbələ” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
I Divizion, XXIV tur
“Ağsu” – “Sabah-2” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
Oyunun 27-ci dəqiqəsində “Sabah-2” klubunun 88 №-li futbolçusu Elçin Əsədov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır, klub 240 manat cərimə olunur.
“Sumqayıt-2” – “Turan Tovuz” matçının 83-cü dəqiqəsində “Turan Tovuz” klubunun 19 №-li futbolçusu Şahin Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.