
Cempion.az Qol.az-a istinadla xəbər verir ki, eyni gündə oynanılacaq iki matçla finalçılar müəyyənləşəcək.
Diqqətlər əvvəlcəTofiq Bəhramov adına Respublika stadionuna yönələcək. Burada "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu minimal hesabla uduzub - 0:1.
Mərhələnin son oyunu da Bakıda keçiriləcək. “Zirə” evdə “Sumqayıt”ı qəbul edəcək. Çempionatda vəziyyətləri yaxşı olmayan hər iki komanda avrokuboklar üçün son şansdan yararlanmağa çalışacaq.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 19-da keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal
1 may (çərşənbə)
17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:1
20:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 0:0