çərşənbə axşamı, 08 iyul 2025

ŞAHMAT

Şəhriyar mövqeyini qorudu - yeni reytinq

01.05.2019 11:33 Oxundu 555

Beynəlxalq Şahmat Federasiyası (FİDE) may ayı üçün reytinq siyahısını açıqlayıb.

Cempion.az qurumun saytına istinadən xəbər verir ki, aprel ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. O, 2781 xalla 5-cidir.

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2682), Qədir Hüseynov (2664) isə 97-ci pillədə yer alıb.

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva isə 92-ci (2373) pillədə qərarlaşıb.

Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya Norveç şahmatçısı Maqnus Karlsen (2861) başçılıq edir. Fabiano Karuana  (ABŞ, 2816) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdür.