çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

“Çelsi” ciddi itki ilə üzləşib

01.05.2019 12:57 Oxundu 554

Cempion.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçilərinin müdafiəçisi Antonio Rudiger zədələnib. 

İngiltərə Premyer Liqasının 36-cı turunda “Mançester Yunayted”lə görüş zamanı dizindən zədələnən almaniyalı futbolçu əməliyyat olunub. Bu isə onun üçün mövsümün bitməsi deməkdir. 

Qeyd edək ki,  Rudiger bu mövsüm London klubunda 44 oyuna çıxıb.