çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Barselona" "Liverpul"u darmadağın etdi - VİDEO

02.05.2019 13:42 Oxundu 726

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Cempion.az qol.az sayt;na istinadla xəbər verir ki, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununda iştirak etmək istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışsa da, meydan sahibləri buna imkan verməyib. Kataloniyalılar 3 cavabsız qolla səfər oyunu öncəsi böyük üstünlük qazanıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.


1 may

Çempionlar Liqası


Yarımfinalın ilk oyunu

23:00. "Barselona" - "Liverpul" - 3:0
Qol: 
Suares, 26, Messi, 75, 82

30 aprel

"Tottenhem" - "Ayaks" - 0:1
Qol:
 Van de Biik, 15