çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

 “Uembli”də UEFA seminarı keçirilir

02.05.2019 16:03 Oxundu 754
 
Bu gün İngiltərənin paytaxtı Londonda 2020-ci ildə təşkil olunacaq Avropa çempionatı ilə bağlı UEFA seminarı öz işinə başlayıb.
Seminar Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək Milli Assosiasiyaların və yerli təşkilat komitələri nümayəndələrinin iştirakı ilə “Uembli” stadionunda keçirilir. Kommunikasiya və təbliğat” mövzusunda təşkil olunmuş seminarda AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyevlə Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla iştirak edir.
Seminara mayın 3-də yekun vurulacaq.