çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Bakıda final oynamaq gözəl olar" - Lyakazett

03.05.2019 10:41 Oxundu 570

"Valensiyada bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Ona görə də mümkün qədər çox qol vurmaq istəyirdik. Real qol imkanlarını qaçırdım, ancaq yaxşı ki, Obameyanq 3-cü qolu vurdu".

Cempio.az Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Arseanl"ın futbolçusu Aleksandr Lyakazett Avropa Liqasının yarımfinalının "Valensiya" ilə ilk görüşündən (3:1) sonra UEFA-nın saytına açıqlamasında deyib.

Londonda keçirilən matçda dubl edən fransalı hücumçu  Bakı finalını arzuladığını gizlətməyib: "Avropa Liqasını Çempionlar Liqasına getmək və bir kubok qazanmaq üçün istəyirik. Həm Premyer Liqanı ilk 4-lükdə tamamlamaq, həm də Bakıda final oynamaq gözəl olar".

Xatırladaq ki, Avroliqanın final matçı mayın 29-də Bakı Olimpiya Stadionunda keçiriləcək.