çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Çelsi" Avroliqada yeni rekorda imza atıb

03.05.2019 11:02 Oxundu 553

Avropa Liqasınının ilk yarımfinalında səfərdə "Ayntraxt”la 1:1 hesablı heç-heçə edən "Çelsi” yeni rekorda imza atıb.
Cempion.az xəbər verir ki, "zadəganlar" turnirdə məğlubiyyətsiz 16 oyun keçirən ilk klub olub. 
London klubu bununla "Atletiko"nun rekordunu yeniləyib. Madrid təmsilçisi 2011 - 2012-ci illərdə 15 qarşılaşmada uduzmayıb.
Qeyd edək ki, "Ayntraxt" və "Çelsi" arasında cavab oyunu mayın 9-da "Stemford Bric"də keçirilcək.