çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Klopp və Poçettinonu İtaliyada çoxdan öldürərdirlər" - Mançini

03.05.2019 12:33 Oxundu 548

 "İtaliyada heç kimin səbri yoxdur. "Liverpul"a, "Tottenhem"ə baxın. Bu komandalar Premyer Liqada liderlər qrupundadır. Onlar ildən-ilə inkişf edir, ancaq hələ kubok qazanmayıblar".

Cempion.az qol.az-a istinadla xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Roberto Mançini "Football İtalia"ya açıqlamasında deyib.

İtalyan və ingilis azarkeşləri müqayisə edən çalışdırıcı həmvətənlərinin uğursuzluğa dözümsüz olduğunu bildirib: "İngilislər bilirlər ki, vaxtı çatanda uğur da gələcək. Baş məşqçilər Klopp və Poçettinonun rahat işləməsinə imkan verirlər. İtaliyada onları çoxdan öldürərdilər".

Xatırladaq ki, "Liverpul" Çempionlar Liqasının yarımfinalının ilk oyununda "Barselona"ya 0:3 hesabı ilə uduuzb. "Tottenhem" isə 1/4 finalda "Ayaks"a uduzaraq mübarizədə işini çətinləşdirib.