çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

UEFA Bakıda azarkeş rekordu gözləyir

03.05.2019 15:11 Oxundu 583

UEFA Bakıda azarkeş rekordu gözləyir

UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalında yeni rekord proqnozlaşdırır.
Cempion.az qol.az-a istinadla xəbər verir ki, qurumun rəsmi saytında bu barədə yazı dərc olunub.
Yazıda Bakı finalında Avroliqa tarixində gerckləşəcək yeniliklərdən də bəhs edilib: "Bakıda ilk dəfə avrokubokların həlledici görüşü oynanılacaq. Final Bakı Olimpiya Stadionunda olacaq. 2015-ci ildə istifadəyə verilən arenada Avro-2020-nin üç oyunu keçiriləcək. Stadion 70 minə yaxın azarkeş tutumuna malikdir. Şübhə yoxdur ki, azarkeş sayına görə Bakı finalı rekord vuracaq. Yəqin ki, bu görüşdə 1999-cu ildə Moskvada keçirilən "Parma" - "Latsio" finalının (62 min azarkeş) rekordu yenilənəcək.
Bu, Avroliqa tarixində videotəkrar sistemindən istifadə olunacaq ilk finaldır. Oyun əlavə vaxta qədər uzansa, komandalar ilk dəfə olaraq 4-cü əvəzləmədən istifadə edə biləcəklər. 
Mart ayında finalın nominal meydan sahibi müəyyənləşdi. Bu komanda "Ayntraxt" - "Çelsi" cütünün qalibi olacaq.  Hər iki komanda əsas forması ilə çıxış edə bilər. Ancaq rənglər bir-birinə bənzəsə, qonaqlar ("Arsenal" və ya "Valensiya") ehtiyat formasını geyinmlidir".
Qeyd edək ki, mayın 29-də Bakı Olimpiya Stasionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.