çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ"dan 7-ci çempionluq, "Keşlə" sonuncu oldu

06.05.2019 11:07 Oxundu 560

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Cempion.az qol.az-a istinadla xəbər verir ki, bütün matçlar eyni gündə oynanılıb.
 
Günün ilk oyununda "Keşlə" "Zirə"ni qəbul edib və 1:3 hesabı ilə uduzub.
Digər oyunda “Qarabağ” doğma meydanda “Səbail”lə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Ağdam klubu yarışın bitməyinə bir tur qalmış çempionluğu rəsmiləşdirib. Beləliklə, "Qarabağ" ardıcıl 6-cı, ümumilikdə isə 7-ci dəfə ölkə çempionu olub.

“Neftçi” səfərdə “Qəbələ”nin qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. Qələbəyə baxmayaraq, çempionluq şanslarını itirən paytaxt klubu gümüş medallara sahib çıxıb. “Qəbələ”nin uduzması ilə "Səbail" bürünc medalları təmin edib və tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.

Son oyunda "Sumqayıt" "Sabah"ı qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Bununla da, Ayxan Abbasovun komandasının turniri sonuncu pillədə bitirməyəcəyi dəqiqləşib. "Keşlə" son turun nəticəsindən asılı olmayaraq çempionatı sonuncu yerdə başa vuracaq.

5 may (bazar)

20:00. “Sumqayıt” – “Sabah” - 1:0 
Qol: 
Əmir Ağayev, 49
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev
“Kapital Bank Arena”


18:00. “Qəbələ” – “Neftçi” - 1:3
Qollar: 
Mbodj, 26 (0:1), Baqali Dabo, 71 (0:2), Rauf Əliyev, 84 (1:2), Dabo, 90-pen (1:3)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov
Qəbələ şəhər stadionu
18:00. “Qarabağ” – “Səbail” - 4:0 
Qollar: 
Miçel, 20, Mahir Mədətov, 42, 69, 87
Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu


17:00. “Keşlə” – “Zirə” - 1:3 
Qollar: 
X. S. Rodriqes, 27 (0:1), Conatan Ayite, 45-pen (1:1), X. S. Rodriqes, 47, Mfo Kqasvane, 51 (1:3)
Qırmızı vərəqə: D. Silva, 28
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu
“ASK Arena”


 
N Klublar O Q H M T-F X
1 Qarabağ 27 19 6 2 62-19 63
2 Neftçi 27 17 7 3 50-23 58
3 Səbail 27 12 5 10 33-33 41
4 Qəbələ 27 9 9 9 31-32 36
5 Zirə 27 7 7 13 27-40 28
6 Sabah 27 7 6 14 20-38 27
7 Sumqayıt 27 7 5 15 23-42 26
8 Keşlə 27 5 5 17 25-44 20


Bombardirlər

Mahir Mədətov ("Qarabağ") - 14 qol
Baqali Dabo ("Neftçi") - 14 qol
Ceyms Adeniyi ("Qəbələ") - 10 qol
Filip Ozobiç ("Qarabağ) - 9 qol
Marko Deviç ("Sabah") - 8 qol
Emin Mahmudov ("Neftçi) - 7 qol
Mirabdulla Abbasov ("Neftçi") - 7 qol
Abdullah Zubir ("Qarabağ") - 7 qol