08.05.2019 02:03
497


Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşündə "Liverpul" "Barselona"nı qəbul edib. İlk oyunda kataloniyalıların 3:0 hesablı qələbə qazanması qarşılaşmanıın taleyinin həll olunduğu təəssüratı yaratmışdı. Üstəlik ingilislərin bir neçə aparıcı oyunçusu da sıradan çıxdığına görə bu görüşdə iştirak etməyəcəyi "Barselona"nı artıq finalçı kimi göstərmək imkanı verirdi. Lakin gözlənilənərin əksinə olaraq, "Liverpul" mümkünsüzü gerçəkləşdirdi. Yürgen Kloppun komandası ispanlara göz açmağa imkan verməyərək 4 cavabsız qolla adını finala yazdırdı.