çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Ernesto Valverdi: "Romada başımıza gələn bu il də təkrarlandı"

08.05.2019 16:00 Oxundu 659

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Liverpul"-""Barselona" matçından sonra ispanlar heyrətlərini gizlədə bilmirdilər.
Ernesto Valverdi ("Barselona"nın baş məşqçisi): "Bu, bizim özümüz və azarkeşlərimiz üçün dəhşətli nəticədir. Bəxt bizdən üz döndərmişdi, amma "Liverpul"un oyununu da qiymətləndirməmək olmaz. Biz heç olmasa bir qol vurmaq istəyirdik. Təəssüf ki, bacarmadıq, 4-cü qoldan sonra hər şey bitdi. Mən ən  ağır gələn odur ki, keçən il Romada başımıza gələn bu il də təkrarlandı. Deməli, biz o məğlubiyyətdən lazımı dərs çıxara bilməmişik. Əgər 0:4 hesabı ilə uduzmusansa, özünü təmizə çıxarmaq üçün dediyin hər şey bəhanədir. Onlar bizdən yaxşı oynadılar, bunu etiraf etməliyik".
Serxio Buskets: "Bu cür məğlubiyyətlə barışmaq ağırdır. Rəqib çox güclü oynadı. Onların təzyiqinin qarşısını almaq çox çətin idi. Biz bir qol vurmaq üçün çalışdıq, amma alınmadı".