08.05.2019 16:07
650


Çempionlar Liqasında adını finala yazdıran "Liverpul"un baş məşqçisiYurgen Klopp və komandanın oyunçusu Divok Oriqi sevinclərini belə bölüçüblər.
Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Gözlərimə inana bilmirəm. Əgər oyundan əvvəl mənə bu barədə nəsə desəydilər, mən inanmazdım, deyərdim ki, bu mümkünsüzdür. Biz, demək olar ki, dünyanın ən yaxşı komandasına qarşı oynayırdıq. Qalib gəlmək çətin idi. Qol buraxmadan qalib gəlmək isə mümkünsüz görünürdü. Bilmirəm, indiyə qədər belə şey olubmu? İnandırıcı deyil. Mən həyatımda çox oyunlara baxmışam, amma beləsini görməmişəm".
Divok Oriqi ("Liverpul"un oyunçusu): "Başlıcası - bu komandadır. Biz mübarizə apardıq. Bilirdik ki, bu xüsusi bir oyundur. Zədəli oyundaılarımız üçün nəsə etmək istəyirdik. Bunları sözlə ifadə etmək çətindir".