çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Marselo "Real"da qalacaq

08.05.2019 17:32 Oxundu 739

Bir qədər əvvəl "Real"ın braziliyalı yarımmüdafiəçisi Marseloun komandadan ayrılacağı barədə mətbuatda informasiya yayılmışdı. "Marka" qəzetinin verdiyi xəbərə görə, futbolçu, həqiqətən, yayda başqa komandaya keçmək niyyətində idi. Lakin indi fikrini dəyişib, "Real"da qalmaq qərarına gəlib.  Mənbə bildirir ki, futbolçunun fikrinin dəyişməsinə səbəb Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasıdır.