çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

Futbola heç kəs laqeyd qalmamalıdır

08.05.2019 17:59 Oxundu 539

Saytımızda yayınlanan Bəhram Bağırzadənin videomüsahibəsi oxucuların böyük marağına səbəb olub. Müsahibəyə baxan oxucu Babək Mahmudov futbolun problemlərinə özünün münasibətini bildirib. Onun subyektiv fikirlərini oxucularımızla bölüşmək ərarına gəldik:
"Futbolda olan problemlər göz qabağındadı. Sadəcə qolları çırmalamaq, tər tökərək işləmək lazımdı.
- Futbola yazılmaqla, futbolçu olmaq olmaz.
- Futbolçuları məhəllələrdə, məktəblərdə və sair yerlərdə istedadlı uşaqları seçərək yetişdirmək lazımdır.
- Futbol oynamaq üçün, uşaqlar yer tapa bilmir. Hər yer tikilib. Ödənişli mini futbol meydançalarında isə, kasıbın balaları oynaya bilmir. Onlar öz istedadlarını necə və harda göstərməlidir?
- Məhəllələrdə oynamaq üçün şərait olmalıdır, peşəkar seleksionerlər olmalıdır ki, gedib həmin istedadları aşkar edib cəlb etsinlər futbola.
- Və nəhayət kütləvi futbola çağırış, motivasiya və təbliğat olmalıdır ki, uşaqlarda təkcə smartfonlara deyil, futbola da həvəs oyansın.
Bunları kim etməlidi? AFFA yoxsa ..."
Redaksiyadan: Ölkənin futbol təsərrüfatını AFFA nizamlayır. Yazıda göstərilən bəzi problemlər AFFA-nın səlahiyyətlərindən kənar olsa da, böyük əksəriyyəti üçün məsuliyyət onun üzərinə düşür. Səlahiyyətindən kənar olan problemləri isə müvafiq dövlət qurumları qarşısında qaldırmalıdır. Təəssüf ki, AFFA mövcud olduğu 27 il ərzində futbolun kütləviləşməsinə belə nail ola bilməyib.
Ümmiyyətlə isə futbola heç kəs laqeyd qalmamalıdır. Futbola ictimai laqeydlik onun inkişafına məsul olan şəxsləri də arxayınlaşdırır.