çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

"Neftçi"nin futbolçusu ilin ən yaxşısı oldu

10.05.2019 16:19 Oxundu 758

Azərbaycanda mövsümün futbolçusu məlum olub. Cempion.az xəbər verir ki, İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermə nəticəsində “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov mövsümün ən yaxşı futbolçusu seçilib. İkinci yerin sahibi “Qarabağ”ın futbolçusu Abdullah Zubir, üçüncü pillədə isə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qərarlaşıb.  İdman Araşdırmalar Mərkəzinin keçirdiyi səsvermədə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç, həmçinin elita komandalarına rəhbərlik edən 8 mütəxəssis, “Qarabağ”ın 18, “Neftçi”nin 21, “Səbail”in 24, “Qəbələ”nin 24, “Zirə”nin 26, “Sabah”ın 19, “Sumqayıt”ın 24, “Keşlə”nin isə 20 futbolçusu iştirak edib. Qeyd edək ki, 2017-2018 mövsümünün ən yaxşı futbolçusu hazırda "Sabah"da çıxış edən Cavid İmamverdiyev olub.