çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

İngiltərə Premyer Liqa çempionu "Mançester Siti" oldu

13.05.2019 09:21 Oxundu 590

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib. Cempion.az xəbər verir ki, son turda səfərdə "Brayton"a 4-1 hesabı ilə qalib gələn "Mançester Siti" xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci dəfə çempion olub. "Şəhərlilər"in ən yaxın izləyicisi "Liverpul" isə evdə "Vulverhempton"u 2-0 hesabı ilə məğlub etməsinə baxmayaraq, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.