çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

"Qarabağ" üç futbolçu ilə yollarını ayırıb - RƏSMİ

13.05.2019 13:35 Oxundu 643


Azərbaycan çempionu “Qarabağ” üç futbolçu ilə yollarını ayırıb.

Cempion.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi 2018/19 mövsümü bitdikdən sonra üç legionerlə vidalaşıb.

Bunlar polşalı Yakub Jezniçak, isveçrəli İnnosent Emeqara və braziliyalı Reynaldodur. Jezniçakın bitən müqaviləsi yenilənməyib. Emeqara və Reynaldonun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.