13.05.2019 17:55
589

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçına hakim təyinatları açıqlanıb.
Cempion.az xəbər verir ki, finalda keçiriləcək "Arsenal" və "Çelsi"nin matçını italiyalı hakimlər briqadası idarə edəcək.
FIFA referisi Canluka Rokkiyə köməkçiləri Filippo Meli və Lorenzo Manqanelli olacaq. Dördüncü hakim funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.
Əsas video-köməkçi Hakim (VAR) italiyalı Massimiliano İrrati olacaq.
Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Qarşılaşma saat 23:00-da başlayacaq.