cümə axşamı, 18 aprel 2024

BİZİM FUTBOL

Bordin "Neftçi"dən gedir?

15.05.2019 12:47 Oxundu 606


İtaliya mətbuatı "Neftçi"nin baş məşqçisi Roberto Bordinin klubdakı gələcəyi haqda yazıb.

Bildirilir ki, italiyalı mütəxəssisin gələcəyi sual altındadır. Onun Bakı klubunda işinə davam etməyinin  və ya başqa kluba da keçməyinin mümkün olduğu qeyd olunub. Son mövsümlərdə çalışdırdığı komandalarla uğur qazanan R.Bordinin İtaliya klublarından təklif ala biləcəyi vurğulanıb.

Qeyd edək ki, R.Bordin rəhbərliyi altında "Neftçi" ölkə çempionatının ikinci pillədə tamamlayıb və Avroliqaya vəsiqə qazanıb. (Qol.az)