şənbə, 27 aprel 2024

BİZİM FUTBOL

"Keşlə" yenidən qurulacaq

16.05.2019 14:37 Oxundu 1615

"Keşlə" FK-nın rəhbərliyi birdən-birə 13 futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edib. Bu, heyətdə olan futbolçuların yarısından çoxunu təşkil edir.
Klubun rəsmi saytı bildirir ki, komandadan aşağıda adları göstərilən futbolçular ayrılır: Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Girdvainis, Denis Silva Kruz, Nikola Mitroviç, Conatan Ayite, Andre Klennon, Valeri Kutsenko, Angelo Pena.
Hazırda komandanın heyətində 11 futbolçu qalıb. Bu isə o deməkdir ki, komanda yenidən qurulacaq. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədli də "cempion.az"-a verdiyi açıqlamada bu ehtimalı təsdiqlədi: "Komandamız yaşayayacaq, heyətə yeni futbolçular cəlb ediləcək".
Xatırladaq ki, "Keşlə" çempionatı sonuncu yerdə başa vurub. Əsasnaməyə görə, komanda növbəti mövsümdə Birinci Dvizionda çıxış etməlidir. Amma AFFA-ni İcraiyyə Komitəsi fərqli qərar qəbul edə bilər. Yəni növbəti mövsümdə də "Keşlə"ni Premyer Liqada görə bilərik.