şənbə, 20 aprel 2024

DÜNYA FUTBOLU

"Bayer Münhen" "Mançester Siti"nin futbolçusunu heyətinə qata bilər

16.05.2019 15:36 Oxundu 526

"Bayer Münhen" Aryen Robben və Frank Riberinin əvəzləyicisini İngiltərədə tapıb. Münhen təmsilçisi "Mançester Siti"nin futbolçusu Leroy Sanenin menecerləri ilə danışıqlara başlayıb. Cempion.az xəbər veriri ki, "Mançester Siti"də əsas heyətə düşə bilməkdə çətinlik çəkən Sane bu keçidə müsbət baxır. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə gənc yarımmüdafiəçi növbəti mövsümdən "Bayer Münhen"in uğurları üçün tər tökəcək.