cümə axşamı, 25 aprel 2024

DÜNYA FUTBOLU

"Arsenal" finalın Bakıda keçirilməsindən narazıdır

16.05.2019 16:17 Oxundu 825

"Arsenal" klubu öz rəsmi saytında Avropa Liqasınn finalını Bakıda keçirmək haqqında qərar qəbul etdiyinə görə UEFA-nı tənqid atəşinə tutub. Klub azarkeşlərinin final oyununa getməkdə nəqliyyat problemləri ilə qarşılaşdığnı bildirib.
"Biz azarkeşlərimizdən çoxlu şikayətlər almışiq və onların qayğılarını bölüşürük. Azarkeşlərimiz adından bilmək istəyirik ki, final oyunlarının yeri hansı meyrlarla müəyyənləşir. Biz UEFA-nı azarkeşlərin tələblərini nəzərə almağa çağırırıq. Finalın keçirilmə yerini müəyyən edərkən bu il yol verilmiş yanlışlıq bir daha təkrar edilməməlidir. Bu cür yanlışlığın təkrarlanmamsı üşün istənilən müzakirəyə qoşulmaqdan məmnun olardıq",- klubun bıyanatında bildirilir.
"Arsenal"ın azarkeşlərinə 6 min bilet ayrılıb. Lakin klubun azarkeşlərindən 45 mininin abonoment sahibi olduğu bildirilən bəyanatda qeyd edilir ki,  onların əksəriyyəti yorucu və ağır səfər səbəbi ilə finalda iştirak edə bilməyəcəklər.