cümə axşamı, 25 aprel 2024

BİZİM FUTBOL

Milli komandamızın Macarıstan və Slovakiya ilə oyunlar üçün heyəti açıqlanıb

16.05.2019 16:44 Oxundu 778

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq, qeyd olunmuş oyunlara hazırlıq məqsədilə mayın 19-dan iyunun 11-dək təlim-məşq toplanışı keçirəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Cempion.az AFFA-ya istinadən sizə milli komandamızın heyətini təqdim edir.
 

Qapıçılar: Səlahət  Ağayev  ("Neftçi"), Emil Balayev ("Tobol" Qazaxıstan). Şahruddin Maqomedaliyev ("Qarabağ").
Müdafiəçilər: Maksim Medvedev ("Qarabağ"), Ömər Buludov ("Neftçi"), Bədavi  Hüseynov ("Qarabağ"), Rahil Məmmədov ("Qarabağ"), Anton Krivotsyuk ("Neftçi"),  Pavel Paşayev ("Oleksandriya" Ukrayna), Şəhriyar Rəhimov ("Səbail")  Bəhlul  Mustafazadə ("Qəbələ").
Yarımmüdafiəçilər: Qara Qarayev ("Qarabağ"), Riçard Almeyda ("Qarabağ"),  Eddi İsrafilov ("Alkorkon" İspaniya), Emin Mahmudov ("Neftçi"), Əli Babayev ("Sumqayıt"), Aleksey İsayev ("Sumqayıt"), Dmitri Nazarov ("Erzgebirge Aue" Almaniya), Rəşad Eyyubov ("Sabah"), Araz Abdullayev ("Qarabağ").
Hücumçular: Mahir Emreli ("Qarabağ"), Namiq Ələskərov ("Neftçi"), Ramil Şeydayev ("Krılya Sovetov" Rusiya), Rüfət Dadaşov ("Proysen Münster" Almaniya), Mirabdulla Abbasov ("Neftçi"), Renat Dadaşov ("Eştoril" Portuqaliya), Ağabala Ramazanov ("Səbail").
Qeyd edək ki,Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də, Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də qoşulacaqlar.