16.05.2019 17:19
578


"İnter" 25 yaşlı slovakiyalı müdafiəçisi Milan Skrinar ilə yeni müqavilə imzalayıb. Cempion.az xəbər verir ki, yeni müqaviləyə əsasən M.Skrinar 2023-cü ilə qədər "İnter"in şərəfini qoruyacaq. Qeyd edək ki, Skrinar Seria A-da ən dəqiq pas verən müdafiəçidir. Bu mövsüm Skrinarın paslarının 93%-i dəqiq olub.