17.05.2019 10:13
656

"Arsenal"ın yarımmüdafiəçisi Henrix Mxitaryan Bakıda keçiriləcək Avropa Liqasının final oyununda iştirak etməyəcək. Cempion.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "Arsenal" təhlükəsizlik səbəbindən və ölkədə yaranabiləcək narazılıqların mənfi təsir edəcəyindən futbolçunu Londonda saxlayacaq. Qeyd edək ki, mayın 29-da keçiriləcək "Arsenal" - "Çelsi" matçı saat 23:00-da başlayacaq.