17.05.2019 11:41
455


"Bayer Leverkusen"in futbolçusu Julian Brant mövsümün sonunda komandadan ayrılacaq. Cempion.az xəbər verir ki, gənc futbolçu karyerasını "Atletiko Madrid"də davam etdirəcək. İspaniyalılar 23 yaşlı yarımmüdafiəçi ilə hər mövzuda razılıq əldə ediblər. İki klub arasındakı maddi məsələlər həll olunduqdan sonra "Atletiko Madrid" transferi rəsmi şəkildə açıqlayacaq. Qeyd edək ki, 23 Julian Brant bu mövsüm 42 oyunda 9 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.