çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

Finalın Bakıda keçirilməsi İngiltərəni niyə narahat edir?

17.05.2019 16:06 Oxundu 1036

UEFA Avropa Liqasının finalı oyuna iki həftə qalmış bir qalmaqallı rəng qazanıb. Yarımfinal matçlarının nəticələrindən sonra həlledici oyunda iki ingilis komandasınını görüşəcəyi bəlli olduqdan sonra ingilislər hay-küy qaldırmağa başlayıblar.
İngilislər öz klublarının Avropa Liqasının finalında Azərbaycanda  oynayacağından narazıdırlar. Hətta məşhur məşqçi də sərt bəyanatlar verməkdən özünü saxlaya bilməyib.
Son vaxtlar Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edir: 2015-ci ildə Bakıda ilk Avropa Oyunları, 2012-ci ildə "Avroviziya" və hər il keçirilən "Formula 1" Qran-Pri mərhələləri. Bu o deməkdir ki,  Azərbaycan paytaxtıın bu cür tədbirlər keçirmək təcrübəsi var.
Üstəlik, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının bir neçə oyunu  Bakıda keçiriləcək: üç qrup mərhələsi və dörddəbir final. Bir sözlə, son vaxtlara qədər Avropa Liqasının finalının bu şəhərdə keçirilməsinə heç kim şübhə ilə yanaşmırdı. İki İngilis komandasının finalda oynayacağı bilinəndən sonra hər şey dəyişdi.
 
 "Arsenal" biletlərin sayından narazıdır
Bakıdakı oyunda  64 min biletin 37 mininin neytral tamaşaçıya, 14 min 500-nün UEFA sponsorları və tərəfdaşlarının nümayəndələrinə, 12 minin isə hər birinə 6 min olmaqla "Arsenal" və "Çelsi" azarkeşlərinə verilməsi planlaçdıılıb. Lakin bu bölgü "Arsenal"ı qane etmir. Klub bu barədə bəyanat yayıb: "Azarkeşlərimiz üçün daha çox bilet əldə etmək üçün UEFA ilə aktual müzakirələr aparırıq. Hazırkı bilet kvotası bizim üçün əlavə çətinlik yaradır. 45 min abonoment sahibimiz və 180 mindən çox rəsmi üzvümüz var. Ancaq final üçün yalnız 6 min bilet verilir. Uzun illər boyunca komandanı dəstəkləyən minlərlə azarkeşin stadiona getmək imkanı əlindən alınıb".
UEFA bu müzakirələrin məntiqli olmadığını bildirib: "Finalçı komandaların azarkeşlərinə daha çox bilet təklif etmək çıxış yolu deyil. Çünki bu qədər fanatın Bakıya səfərinin təşkil ediləcəyinə zəmanət yoxdur". UEFA  final oyunlarının inkişaf coğrafiyasını genişləndirməyi məqsədəuyğun sayır. Finalları  futbolun inkişaf etmədiyi ölkələrdə keçirməklə buna nail olmağa çalışır. Məsələn, 2018-ci ildə "Real Madrid" və "Atletiko"nun Avropa Super Kuboku uğrunda  qarşılaşması Estoniyanın Tallinn şəhərində 18 min nəfərlik stadionda keçirildi.

Narazılıq yaradan yalnız biletlərin sayı deyil. İngilislər prinsipcə, finalın Azərbaycanda keçiriləcəyini həzm edə bilmirlər. Hətta məsələyə siyasilər də qoşulublar. "The Guardian" nəşri  Bakıya uçan təyyarələrin ətraf mühitə zərər verəcəyini iddia edən Britaniyanın Yaşıllar Partiyasının üzvü Conatan Bartlinin sözlərinə istinad edirərək yazır: "45 min fanatın Bakı və Madridə səfərini yerinə yetirəcək təyyarələr ətraf mühitə 35490 ton  karbondioksid qazı buraxmaqla ekalogiyaya zərər verəcəklər. Yaxşı olardı ki,  "Arsenal"- "Çelsi" matçı  Londonda təşkil olunsun. UEFA bu problemə diqqət yetirməlidir".
Britaniya mətbuatı Azərbaycanda mehmanxanalarında qiymətlərin yüksək olması, viza ilə bağlı problemlərlər, Bakıda küçə cinayətlərinin sürətlə yayılması barədə yazılar  yazır.

Yürgen Klopp: "Bakıda Avropa Liqası finalının keçirilməsi  komikdir"
Jurnalistlərə və siyasətçilərin bu məsələyə münasibət bildirməsini, bəlkə də, başa düşmək olar. Maraqlıdır ki, " Liverpul"un baş məşqçisi Yurgen Klopp da müzakirələrə qatılıb. "Liverpul" Madriddə Çempionlar Liqasında final oynayacaq, amma Klopp Bakıda keçiriləcək matçdan danışmağa qərar verib.
"Əlbəttə, Madridə səfər çox bahadır. Lakin ən azı bu şəhər dünyanın o biri başında deyil. Bakıda Avropa Liqasının finalını keçirmək isə komikdir. Bu qərarı verənlər, görəsən, səhər yeməyində nə yeyiblər? Keçən dəfə Çempionlar Liqasının finalı Kiyevdə keçirildi. Kiyev gözəl bir şəhərdir, amma bu regiondan hər hansı bir komandanın  finala çıxma ehtimalı olduqca aşağı idi. Bu qərarlar hansı əsalarla verilir? Bakıya necə gedəsən, ora müntəzəm uçuşlar varmı? Belə qərarlar daha çox balanslı, məqbul olmalıdır. Məsuliyyətsiz görünür. Şəhərlərin hansı  kriteriyalarla seçildiyini bilmirəm. Bəlkə, əvvəlcə matç  ərəfəsindəı şəhərdə qiymətlərin azaldılması və ya hətta dondurulması barədə danışıqlar aparmaq lazımdır. Eşitmişəm ki,  Bakıda 100 funtluq otel indi  2700 funta təklif edilir Bu ağılasığmazdır",- deyə Yürgen Klopp bildirib.
 
Başqa xalqları həzm edə bilməmək qoxusu
Yazıçı Çingiz Abdullayev "Liverpul"un rəhbərinə özünün "feysbuk" səhifəsində tutarlı cavab verib: "Yürgen Klopp peşəkar və görkəmli bir mütəxəssisdir. Bunu danmaq olmaz. Ancaq Bakının seçimi ilə bağlı bəyanatları məni kükrətdi ... Və indi mən dəqiqləşdirmək istəyirəm: görəsən cənab Klopp  səhər yeməyində nə yeyib ki, mənim ölkəmin ünvanına belə sözlər deyir? Yalnız alman Kloppa xatırlatmaq istəyirəm ki, nasional-sosialistlərin ideologiyasının əsasını məhz xalqları biri-birindən ayırmaq dururdu: arilər və məhvə məhkum edilməli ikinci növ xalqlar.  Yox, Klopp bu cür vəhşi bəyanatla çıxış etməyib. Amma onun çıxışından digər xalqları və ölkələri həzm edə bilməmək qoxusu gəlir.

UEFA mövqeyini dəyişməyəcək
İngilislərin bu hay-küyü UEFA-nın mövqeyini dəyişməyəcək.  Final planlaşdırılan vaxt Bakıda baş tutacaq. Çünki göstərilən amillər idmanla bağlı olmayıb siyasi xarakterlidir. İnanırıq ki, Bakı finalına heç bir xoşagəlməz hadisə kölgə sala bilməyəcək.

Mənbə: "Arqumentı i faktı" qəzeti