20.05.2019 09:35
807


Türkiyə Superliqasında 2018-2019 mövsümünün qalibi müəyyənləşib. Cempion.az xəbər verir ki, Türk Telekom Arenada "Başakşehir"i qəbul edən "Qalatasaray" 2-1 hesabı ilə qalib gələrək Superliqanın sonuna 1 tur qalmış çempionluğunu elan edib. Oyunda qolları "Başakşehir"dən Bayiç, "Qalatasaray"dan isə Sofian Fequli və Henri Onyekuru vurub.