şənbə, 27 aprel 2024

DÜNYA FUTBOLU

İspaniya Futbol Federasiyası 38 illik müqaviləyə xitam verib

21.05.2019 17:41 Oxundu 584

İspaniya milli komandası növbəti turnirlərdə "Adidas" şirkətinin istehsal etdiyi formalardan istifadə etməyəcəklər. Cempion.az xəbər verir ki, buna səbəb İspaniya Futbol Federasiyasının "Adidas"la olan müqaviləyə xitam verməsidir. Federasiya buna səbəb kimi "Adidas"ın qanun, şəffaflıq və ədalətlilik meyarlarına cavab verməməsini göstərib. Qeyd edək ki, "Adidas" və İspaniya Futbol Federasiyası 1981-ci ildən əməkdaşlıq edir.