23.05.2019 16:55
551


Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Bakı İdman Sarayında “Advokat” və EKOL komandaları qarşılaşıb. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, oyun 7:3 hesabı ilə EKOL komandasının xeyrinə başa çatıb. Görüş başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov, Azərbaycan Futzal Federasiyasının əməkdaşı Xosrov Məmmədov, beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təqdim ediblər. EKOL komandasının üzvü Namiq Məmmədkərimov həlledici qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.