çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

"Neftçi" "Vorskla" ilə qarşılaşacaq

23.05.2019 17:22 Oxundu 508


"Neftçi”nin Türkiyə təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri müəyyənləşib. Cempion.az klubun saytına istinadənxəbər verir ki, komanda iyunun 30-da "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında Ukraynanın "Vorskla” (Poltava) klubu ilə qarşılaşacaq. Xatırladaq ki, "ağ-qaralar” yeni mövsümə hazırlığa iyunun 10-da start verəcək. Hazırlığın ilk mərhələsi ayın 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər. Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyənin Topuk yaylası bölgəsində olacaq. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq klub iyunun 20 və 25-də qardaş ölkədə keçirəcəyi yoxlama oyunlarındakı rəqibləri hələ dəqiqləşməyib.