çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

Əliyar Ağayev beynəlxalq turnirə təyinat alıb

24.05.2019 12:34 Oxundu 1260

Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadası mayın 31-dən iyunun 16-dək Fransanın Marsel şəhərində 1997-ci il təvəllüdlü futbolçulardan ibarət milli komandalar arasında təşkil ediləcək beynəlxalq turnirdə iş başında olacaq. Cempion.az AFFA-ya istinadən xəbər verir ki, ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Turnirdə İngiltərə, Çili, Yaponiya, Portuqaliya, Braziliya, Fransa, Qatar, Quatemala, Bəhreyin, Çin, İrlandiya, Meksika komandaları iştirak edəcəklər.
Çimərlik futbolu üzrə FİFA referisi Əli Cəbrayılov isə mayın 29-dan iyunun 10-dək Portuqaliyanın Nazare şəhərində təşkil olunacaq Avropa Qaliblər Kuboku (EURO Winners Challenge 2019) turnirinə təyinat alıb.