çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

Sertifikatlar təqdim olunub

18.07.2016 11:18 Oxundu 1282

Bakıda UEFA Certificate in Football Management tədris kursunun sonuncu seminarı keçirilib. Proqramın məqsədi UEFA-nın üzvləri və partnyorları arasında idman və xüsusilə futbol menecmenti üzrə biliklərin artırılmasıdır. Proqram UEFA və Lozanna Universitetindəki Swiss Graduate School of Public Administration (IDHEAP) dəstəyi ilə UEFA-nın üzvü olan müxtəlif ölkələrdə keçirilir.

Tədbirdə AFFA, Azərbaycan klubları və beynəlxalq futbol təşkilatlarının nümayəndələri, həmçinin İran, Qırğızıstan və Malayziya təmsilçiləri iştirak edib. İştirakçılar məşğələlər başa çatdıqdan sonra imtahan verib və müvafiq sertifikatlar təqdim olunub