24.05.2019 14:29
512


"Arsenal" klubunun keçmiş baş məşqçisi Arsen Venger Bakıya Avropa Liqasının final matçında oynamaqdan imtina edən Henrix Mxitaryanla bağlı vəziyyət barədə fikirlərini bölüşüb. Cempion.az xarici KİV-ə istinadla xəbər verir ki, A. Venger siyasət müdaxilə edəndə oynamağın mümkün olmadığını qeyd edib.
O bildirib: "Mxtiryanla bağlı əhvalat? Belə şeylər futbolda və müasir dünyada baş verməməlidir. Siyasət müdaxilə edəndə, oynamaq mümkün deyil".
Xatırladaq ki, Azərbaycan erməni futbolçunun Bakıda təhlükəsizliyinə zəmanət versə də, o, bura gəlməkdən imtina edib.