24.05.2019 15:20
903


Millimizin Qazaxıstanın "Tobol" klubunda çıxış edən üzvü Emil Balayev ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda matçın ən yaxşılarından olub. Cempion.az xəbər verir ki, Emil Balayev 269 xalla oyunun ən yaxşı 3-cü futbolçusu seçilib. Qeyd edək ki, Qazaxıstan kubokunun yarımfinal mərhələsinin ilk görüşündən "Tobol" "Kaysar" komandasına 1-0 hesabı ilə qalib gəlib.