çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Real Madrid" PSV-nin futbolçusunu heyətinə qata bilər

25.05.2019 10:45 Oxundu 515

"Real Madrid"in yeni mövsüm üçün transfer hazırlıqları davam edir. Cempion.az xəbər verir ki, Kral klubunu hədəfində PSV-nin futbolçusu Luuk de Yonqdur. Komanda rəhbərliyi 28 yaşlı futbolçu üçün PSV rəhbərliyi ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunacağı təqdirdə de Yonq növbəti mövsümdən "Real Madrid"in uğurları üçün tər tökəcək. Qeyd edək ki, de Yonq bu mövsüm çıxdığı 43 matçda 32 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.