çərşənbə axşamı, 08 iyul 2025

BİZİM FUTBOL

“Qarabağ”ın bütün potensial rəqibləri – Çempionlar Liqası

25.05.2019 14:34 Oxundu 912


Çempionlar Liqasında mübarizəyə I təsnifat mərhələsindən başlayacaq bütün klubların adı və püşkatmaya qatılacağı səbəti bəlli olub.
 

Bu, həm də startı bu raunddan verəcək 31 komanda arasında olan Azərbaycan təmsilçisi “Qarabağ”ın da potensial rəqiblərinin dəqiqləşməsi deməkdir.

Ağdam klubunun I təsnifat mərhələsindən başlayacaq bütün mümkün rəqibləri bəllidir. Səpələnmişlər sırasında yer alan təmsilçimiz səpələnməmişlər səbətindən bir komanda ilə qarşılaşacaq ki, orda da yalnız ilkin mərhələdən gələcək kollektiv müəyyənləşməyib.

 

Qaydalara görə, I təsnifat mərhələsinin səpələnməmişlər səbətində yer alan Ermənistan çempionu “Pünik” siyasi səbəblərə görə “Qarabağ”a rəqib ola bilməz, səpələnmişlər səbətində yer alan qalan 14 komanda isə potensial rəqibdir:

Çempionlar Liqası

I təsnifat mərhələsi
 
Səpələnmişlər:
 “Seltik” (Şotlandiya), BATE (Belarus), “Astana” (Qazaxıstan), “ludoqorets” (Bolqarıstan), “Qarabağ” (Azərbaycan), “Maribor” (Sloveniya), “Srvena Zvezda” (Serbiya), “Şerif” (Moldova), “Rusenborq” (Norveç), HİK (Finlandiya), “Dandalk” (İrlandiya), “Düdelanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), TNS (Uels), “Slovan” (Slovakiya), AIK (İsveç)
 
Səpələnməmişlər:
 “Suduva” (Litva), “Sarayevo” (Bosniya və Herseqovina), “Valletta” (Malta), “Pyast” (Polşa), “Pünik” (Ermənistan), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Sutyeska” (Monteneqro), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “HB Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan), ilkin mərhələnin qalibi
 
İlkin mərhələ

 
Səpələnmişlər
: “Linkoln” (Cəbəllütariq), “Santa Koloma” (Andorra)

Səpələnməmişlər: “Feronikeli” (Kosovo), San-Marino çempionu

Çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək (futbolpress.az).