çərşənbə axşamı, 08 iyul 2025

DÜNYA FUTBOLU

"Mançester Yunayted"in transfer siyahahısında olan beş futbolçu

25.05.2019 15:55 Oxundu 499

"Mançester Yunayted" növbəti mövsüm üçün hazırlıqlarını tam sürətlə davam etdirir. Son vaxtlarda kuboklara həsrət qalan "qırmızı şeytanlar" yay transfer pəncərəsində heyətinə 5 futbolçu qataraq bu problemi aradan qaldırmaq istəyir. Cempion.az xəbər verir ki, komandanın baş məşqçisi Ole Qunnar Suleşerin rəhbərliyə təqdim etdiyi siyahıda "Yuventus"dan Pablo Dibala, "Ayaks"dan De Liqt, "Kristal Palas"dan Van Bissaka, "Borussiya Dortmund"dan Ceydon Sanço və "Bayer Münhen"dən Tiaqo Alkantara var.