27.05.2019 10:11
498


İtaliya A Seriyasında 2018-2019 mövsümünə yekun vurulub.
38-ci turun son oyun günündə daha 6 qarşılaşma keçirilib.
"Yuventus" qızıl medalları vaxtından əvvəl təmin etdiyindən, son turda əsas diqqətlər Çempionlar Liqasına düşmək uğrunda mübarizəyə yönəlmişdi. Turnirə son 2 vəsiqə üçün 3 klub - "Atalanta", "İnter" və "Milan" yarışırdı. Hər üç komanda oyunlarını qələbə ilə başa vursalar da, əsas rəqiblərindən bir xal az toplayan Milan şəhərinin eyniadlı təmsilçisi ilk 4-lüyə düşə bilməyib. Nəticədə Cennaro Qattuzonun çalışdırdığı komanda ÇL-dən kənarda qalıb. "Milan" yeni mövsümdə İtaliyanı Avroliqanın qrup mərhələsində təmsil edəcək.
"Frazinone" və "Kyevo"dan sonra A Seriyasını tərk edən 3-cü klub isə səfərdə "İnter"ə 1:2 hesabı ilə uduzan "Empoli" olub. (Qol.az)