bazar ertəsi, 07 iyul 2025

DÜNYA FUTBOLU

Seriya A komandası 112 illik tarixində ilk dəfə ÇL-də mübarizə aparacaq

27.05.2019 11:04 Oxundu 523

İtaliya A seriyasının son həftəsində mövsümün sürpriz komandalarında olan “Atalanta” öz meydanında “Sassulo”ya 3-1 hesabı ilə qalib gəldi və 69 xalla liqanı 3-cü yerdə bitirərək Çempionlar Liqasına vəsiqəni təmin etdi. Cempion.az xəbər verir ki, bu uğurla 1907-ci ildə qurulan və 112 illik keçmişi olan “Atalanta” tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanıb.