cümə, 19 aprel 2024

BİZİM FUTBOL

Elvin Məmmədovun yeni komandası məlum oldu

28.05.2019 15:25 Oxundu 562

“Zirə” yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib. Cempion.az klubun saytına istinadən xəbər verir ki, komanda Elvin Məmmədovla anlaşıb. 30 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Daha öncə 2016/17 mövsümündə də “Qartallar”ın şərəfini qoruyan Məmmədov indiyə qədər “Turan”, “Qarabağ”, “Bakı”, “İnter”, “Qəbələ” və “Sumqayıt”da forma geyinib. Elvin həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 37 oyunda 7 dəfə fərqlənib.