cümə, 26 aprel 2024

DÜNYA FUTBOLU

Fatih Terim cəzalandırıldı

28.05.2019 17:53 Oxundu 559

Türkiyə Futbol Federasiyasının İntizam komitəsi “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim və onun köməkçisi Ümid Davalanı cəzalandırıb.

Cempion.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komitənin qərarına əsasən, F. Terim 3 oyun, Ümid Davala isə bir oyun komandalarının matçlarını tribunadan izləməli olacaqlar.

Qeyd edək ki, cəzaların səbəbi Türkiyə Superliqasının 33-cü turunda “Türk Telekom Arenada” keçirilmiş “Qalatasaray” -“Başakşehir” oyununda F. Terim və Ü. Davalanın rəqib komandanın məşqçilər heyəti və oyunçuları ilə mübahisə etməsi olub. “Başakşehir” klubunun köməkçi məşqçisi Orhan Ak da intizam komitəsi tətəfindən 1 oyunluq cəzalandırılıb.